CƏMİYYƏT


Ombudsman tərəfindən beynəlxalq təşkilatlara hesabat göndərilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva aidiyyəti beynəlxalq qurumlara və dünya ictimaiyyətinə, həmçinin Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə və ölkəmizdəki diplomatik nümayəndəliklərə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinin məskunlaşdığı yaşayış məntəqələrini mütəmadi atəşə tutması nəticəsində törədilmiş dağıntılar və insan tələfatına dair Hesabat təqdim edib.AZƏRTAC xəbər verir ki, bunu Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı mətbuat konfransında bildirib.