İQTİSADİYYAT


Sərhəd-keçid məntəqələri ilə nəqliyyat əlaqəsini yaxşılaşdıracaq avtomobil yolunun tikintisi sürətlə aparılır

Azərbaycan-Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun 4 zolağa genişləndirilməsi işləri davam etdirilir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avtomobil yolunun ümumi uzunluğu 23,4 kilometr, hərəkət hissəsinin eni isə 15 metrdir. Hazırda marşrutboyu mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, torpaq işləri həyata keçirilir. Hazırlanan torpaq yatağının eni 21,6 metrdir.