İQTİSADİYYAT


Baba Rzayev: Azərbaycanın enerji sistemi normal rejimdə çalışır

Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İstilik Elektrik Stansiyası, həmçinin “Mingəçevir” Su Elektrik Stansiyası mütəmadi olaraq erməni qoşunlarının hədəfinə çevrilib.AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu oktyabrın 12-də Mingəçevirdə jurnalistlərə açıqlamasında “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev deyib.