DÜNYA


Vyanada terror aktı nəticəsində yaralanan polisi xilas edən türk gəncləri medianın diqqətindədirlər

Noyabrın 2-də Vyana şəhərinin mərkəzində baş verən terror aktı zamanı iki türk gəncin cəsur hərəkəti mətbuatın diqqətindən yayınmayıb və həmin gənclər mətbuatda “Vyana qəhrəmanları” kimi təqdim olunublar.AZƏRTAC xəbər verir ki, hadisə baş verərkən ərazidəki kafelərdən birində olan Mikail Özen və Rəcəb Tayyib Gültəkin atəş səslərini eşitdikdən sonra inanılmaz səhnələrin şahidi olublar. Şvedenplats meydanında insanları və polisi atəşə tutan terrorçular çox sayda insanı qətlə yetirib və yaralayıblar.