MƏDƏNİYYƏT


ƏSA Teatrından tarixi qələbə münasibətilə növbəti videoçarx

Əlilliyi olan və olmayan aktyorlardan ibarət Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrı Azərbaycan xalqının İkinci Qarabağ müharibəsindəki tarixi qələbəsi münasibətilə növbəti sosial video-çarx hazırlayıb. Videoçarxda teatrının aktyor heyəti iştirak edib.AZƏRTAC xəbər verir ki, İkinci Qarabağ müharibəsi başlayan gündən vətənpərvərlik istiqamətində layihələr həyata keçirən ƏSA Teatrının kollektivi budəfəki videoçarx vasitəsilə şanlı qələbəmizdə əməyi olan vətəndaşlarımıza, jurnalistlərimizə, polislərimizə, həkimlərimizə, müharibənin əsas qəhrəmanı olan hərbçilərimizə və Ali Baş Komandanımıza təşəkkür edərək, qələbə sevincini bölüşüb.