MƏDƏNİYYƏT


RİİB-in təşəbbüsü ilə Könüllülər himni hazırlanıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan edilib. “Regional İnkişaf” İctimai Birliyi tərəfindən “Könüllülər ili”nə töhfə vermək, gəncləri ölkəmizin sosial-ictimai həyatında fəal iştiraka, həmrəyliyə təşviq etmək məqsədilə Könüllülər himni hazırlanıb.
Tanınmış müğənnilərin, müxtəlif təşkilatlarda fəaliyyət göstərən könüllülərin ifasında, eləcə də onların müxtəlif tədbir və layihələrdə iştirakına aid görüntülərlə təqdim olunan himnin bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, sözləri mərhum şair İsmayıl Dadaşova aiddir.