DÜNYA


Fransada etiraz nümayişləri yenidən baş qaldırıb

Fransada “qlobal təhlükəsizlik” qanunu cəmiyyəti yenidən ayağa qaldırıb. Ölkədə milli səviyyədə 90 şəhərdə “sosial hüquqlar və azadlq naminə” etiraz nümayişi keçirilib.AZƏRTAC xəbər verir ki, Parisdə “sarı jiletlər” də daxil olmaqla minlərlə insan Respublika meydanına toplaşıb. Etiraz nümayişi həmkarlar təşkilatlarını, eləcə də “qlobal təhlükəsizlik” qanunu təklifinə və polis zorakılığına etiraz edənləri birləşdirib.