İQTİSADİYYAT


Ukraynada azərbaycanlı iş adamlarının iştirakı ilə görüş keçirilib

Azərbaycanın Ukraynadakı səfirliyində bu ölkədə fəaliyyət göstərən azərbaycanlı iş adamları ilə işgüzar görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş Vətən müharibəsində şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Görüşün məqsədinin Ukraynada fəaliyyət göstərən azərbaycanlı iş adamlarının problemlərini dinləmək olduğunu deyən səfirliyin əməkdaşı Samir Allahverdiyev bildirib ki, müzakirələr zamanı səslənən təkliflər hər iki ölkənin dövlət qurumları vasitəsilə araşdırılacaq.