İQTİSADİYYAT


“ABAD”çı İsmayıl Mikayılovun kiçik biznesi: Qoxusuz sarımsaq tozu və başqa ədviyyatlar

Sarımsaq çox faydalı olsa da kəskin qoxusuna görə az istifadə olunur. Kimsə sizə qoxusuz sarımsaq haqqında danışsa yəqin inanmayacaqsız. Amma belə məhsul var və ən əsası Azərbaycanda istehsal olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba “ABAD Factory” İstehsalat Kompleksində hazırlanan üyüdülmüş sarımsaq təbii olmağı ilə bərabər kəskin qoxudan azad edilir.
Qida məhsulları istehsalı sahəsində çalışan “ABAD”çı İsmayıl Mikayılov artıq 2 ildən çoxdur öz kiçik biznesini qurub.