DÜNYA


Çində COVID-19 xəstələrinin yerləşdirilməsi üçün mobil xəstəxanalar inşa olunur

Çində COVID-19 virusuna yoluxanların və yoluxmaqda şübhəli bilinənlərin təcrid edilməsi üçün mobil xəstəxanaların inşasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, mobil xəstəxanalar Çində hazırda COVID-19 virusunun sürətlə yayıldığı Hebey vilayətinin paytaxtı olan Şıciacuan şəhərinin Quyin və Huancuan kəndlərində inşa olunur. Hər biri 30 hektardan çox ərazidə quraşdırılan xəstəxanalar 3 mindən artıq izolyasiya otağından ibarət olacaq. Artıq onların birində 300, digərində isə 600 otaq quraşdırılıb. Quraşdırma işlərinin bir neçə gün ərzində başa çatdırılması planlaşdırılıb. Yoluxma hallarının daha çox qeydə alındığı yaşayış məntəqələrinin sakinləri həmin mobil xəstəxanalara yerləşdiriləcəklər.