DÜNYA


İndoneziyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 56 nəfərə çatıb

İndoneziyanın Sulavesi adasında baş vermiş zəlzələ qurbanlarının sayı 56 nəfərə çatıb.
Bu barədə İndoneziya Təbii Fəlakətlərə Qarşı Mübarizə Milli Agentliyi məlumat yayıb. Daha 826 nəfərin xəsarət aldığı bildirilir.
Yeraltı təkanların baş verdiyi Qərbi Sulavesi əyalətinin hakimiyyət orqanları regionda fövqəladə vəziyyət rejimi elan ediblər.