İQTİSADİYYAT


Gəncə-Qazax-Gürcüstan avtomagistralının genişləndirilməsi davam edir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, beynəlxalq miqyaslı Böyük İpək yolunun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna daha 2 hərəkət zolağı əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsi həyata keçiilir. Həmin avtomobil yolu beynəlxalq avtomobil yükdaşımaları dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrin inkişafında mühüm rol oynayır.