CƏMİYYƏT


Dənizkənarı Milli Parkda növbəti dezinfeksiya işləri aparılıb

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Dənizkənarı Milli Parkda növbəti dezinfeksiya işləri aparılıb.
AZƏRTAC xəbər verir ki, fevralın 6-da səhər saatlarından başlayaraq iri və xırda həcmli texnikalar vasitəsilə bulvarın bütün ərazisi xüsusi məhlullarla yuyulub. Ərazidəki oturacaqlar, məhəccərlər, işıq dirəkləri, əl tutacaqları dezinfeksiya edilib.