CƏMİYYƏT


Kürdəmirdə yolkənarı iaşə obyektlərində reyd keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Şamaxı regional bölməsinin əməkdaşları Bakı-Qazax magistral yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsindəki yolkənarı iaşə obyektlərində reyd keçirib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, reyd zamanı 15-ə yaxın obyektdə sanitar-gigiyenik vəziyyət öyrənilib. Baxış zamanı həmin obyektlərin əksəriyyətində COVID-19 təhlükəsi ilə əlaqədar karantin rejimi qaydalarının pozulduğu, sanitar-gigiyenik normalara əməl edilmədiyi aşkar olunub.