MƏDƏNİYYƏT


“Yeddi gözəl” baleti Moskvada yeni quruluşda təqdim olunub

Moskva vilayəti Dövlət Akademik Balet Teatrı dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletini təqdim edib.
AZƏRTAC xəbər verir ki, tamaşa Moskva Quberniya Teatrının səhnəsində nümayiş etdirilib.
Balet Qara Qarayevin anadan olmasının 103-cü ildönümü və Nizami Gəncəvinin 880 illiyi münasibətilə tamaşaçılara yeni quruluşda təqdim olunub. Məşhur baletmeysterlər, Azərbaycanın Xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovun ssenarisi əsasında tərtib edilən tamaşanın yeni quruluşu M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının sabiq solisti, Azərbaycanın və Rusiyanın Əməkdar artisti, “Russkiy balet” Teatrının baletmeysteri Vitali Axundova məxsusdur.