İQTİSADİYYAT


Kür çayı üzərində yeni avtomobil körpüsü inşa edilib

Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 50-ci kilometrində, Kür çayı üzərində inşa edilən yeni avtomobil körpüsü 4 aşırımlı olmaqla uzunluğu 175,4 metrdir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Ucar-Zərdab-Ağcabədi avtomobil yolu Ucar şəhərinin girişindən başlayaraq, 70 kilometr sonra Ağcabədi şəhərinin cənubunda R18 Mingəçevir-Bəhrəmtəpə avtomobil yoluna birləşir. Yolun yenidən qurulması layihəsi üzrə mövcud yol oxu saxlanılmaqla yolun 3-cü texniki dərəcəli yol parametrlərindən 2-ci texniki dərəcəli yol parametrlərinə təkmilləşdirilməsi işləri aparılıb.