CƏMİYYƏT


Bankomat kartlarından oğurluq edən şəxs saxlanıldı

Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində naməlum şəxs bankomatlardan birinin qarşısında zərərçəkənin etibarından sui-istifadə edərək onun kartında olan 900 manat pulu ələ keçirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, bu barədə kart sahibi Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsinə (PB) müraciət edərək bildirib ki, bankomatın qarşısında olan zaman kartından pul çıxarmaqda ona kömək etməsi üçün yaxınlıqda olan 1 nəfərdən xahiş edib.
Həmin şəxs kartı bankomata daxil edəndən sonra hesabda pul olmadığı barədə zərərçəkənə yalan məlumat verib. Kart sahibi ərazidən uzaqlaşandan sonra bankomatdan çıxan pulu isə həmin şəxs götürərək hadisə yerindən uzaqlaşıb.
Suraxanı RPİ-nin 31-ci PB əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ramil Orucov tutulub.