İQTİSADİYYAT


Qax Damazlıq İpəkçilik Stansiyasında yeni mövsümə ciddi hazırlıq görülür

Qədim ənənələrə malik baramaçılığın və ipəkçiliyin dirçəldilməsi ölkə rəhbərliyi tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən olunub. Son illər respublikamızın əksər rayonlarında, o cümlədən şimal-qərb bölgəsində baramaçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Əsaslı şəkildə yenidən qurulan və 2018-ci ilin oktyabrında istifadəyə verilən Qax Damazlıq İpəkçilik Stansiyası ölkədə baramaçılığın inkişafına öz töhfəsini verməkdədir.