CƏMİYYƏT


Media orqanları və QHT-lərin rəhbərləri, ictimai fəallar Ağdam şəhərinə gəliblər

Martın 13-də media orqanları və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad edilmiş Ağdam şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin nəticələri ilə tanış olublar.AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, əvvəlcə Ağdam xanlarının abidələr kompleksi və İmarət qəbiristanlığı, “Qarabağ” futbol klubunun “İmarət” stadionu ziyarət edilib.