CƏMİYYƏT


Kocaelidə Azərbaycan-Türkiyə qardaşlıq meşəsi salınıb

Türkiyənin Kocaeli vilayətində Azərbaycan-Türkiyə qardaşlıq meşəsi salınıb. Aprelin 2-də adıgedən ərazidə ilk ağac tinglərinin əkilməsi mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, meşəlik ərazinin salınması Kocaeli Böyükşəhər Bələdiyyəsinin təşəbbüsü ilə baş tutub.“Bir millət, iki dövlət” olan Azərbaycanla Türkiyə arasındaki əlaqələrin daha dərinləşməsinə töhfə vermək və bu qardaşlığı növbəti dəfə dünyaya nümayiş etdirmək məqsədilə salınan meşəlik ərazi Kocaelinin Başiskele Bələdiyyəsinin ərazisində qurulub.