MÜSAHİBƏ


Asadjon Xojayev: Özbəkistan işğaldan azad olunmuş ərazilərin bərpası üçün öz köməyini təklif edib

Bu gün biz Ağdamda böyük dağıntıların şahidi olduq. Burada hər şey - bütün infrastruktur, evlər tamamilə dağıdılıb. Bütün dünya, beynəlxalq ictimaiyyət buna diqqət yönəltməlidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ağdamda səfərdə olan Özbəkistan Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev jurnalistlərə açıqlamasında deyib.