CƏMİYYƏT


Quş qripi xəstəliyi ilə əlaqədar yeni maarifləndirici videoçarx hazırlanıb

Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisinin yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə zəruri tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində vətəndaşların maarifləndirilməsi məqsədilə quş qripi xəstəliyinə qarşı mübarizə ilə əlaqədar növbəti videoçarx hazırlanıb.