CƏMİYYƏT


FHN yay mövsümünün yaxınlaşması ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib

Müraciətdə havaların isinməsi və yay mövsümünün yaxınlaşmasının kənd təsərrüfatı sahəsində fəaliyyətin daha da aktivləşməsi və insanların təbiət qoynunda istirahətə marağının artması ilə müşayiət olunduğu vurğulanıb. Qeyd edilib ki, havanın hərarətinin yüksəlməsi yanğınların baş verməsi və daha sürətlə yayılması təhlükəsini artırır, daha diqqətli davranmaq tələb olunur. Belə ki, bir sıra hallarda insanların ehtiyatsız və ya məsuliyyətsiz davranışı, təsərrüfat fəaliyyəti və ya istirahət zamanı müvafiq yanğın təhlükəsizliyi qaydalarına əməl etməməsi yanğınların baş verməsinə, nəticədə dövlət və ya xüsusi əmlaka, milli və təbii sərvətlərimizə, o cümlədən meşə və qoruqlarımıza ziyan dəyməsinə, habelə insanların həyat və sağlamlığının təhlükə ilə üzləşməsinə səbəb olur.