CƏMİYYƏT


Nizami rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

Nizami Rayon Polis İdarəsinin (RPİ) 25-ci Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Arif Muradlı saxlanılıb. Onun üzərinə baxış zamanı çəkisi 508 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.