CƏMİYYƏT


Bakıda hündürmərtəbəli binaların damından kəndirlə mənzillərə daxil olub oğurluq edən şəxslər saxlanılıblar

Paytaxtın Xətai rayonunda hündürmərtəbəli binalardan birinin 18-ci mərtəbəsində yerləşən mənzildən oğurluq edilib. Naməlum şəxs evə daxil olaraq oradan 7 min manat, 3 min dollar nağd pul və dəyəri 150 min manat olan qızıl-zinət əşyalarını oğurlayıb. Hadisə barədə məlumat daxil olan kimi, dərhal Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Hadisə yerində zəruri istintaq hərəkətləri icra
edilib. Qısa zamanda “isti” izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri Cavid Süleymanov və Əhməd Əhmədov oğurladıqları maddi sübutlar olan qızıl-zinət əşyaları ilə birgə saxlanılıblar.