CƏMİYYƏT


Gömrükçülər 244 kiloqramdan artıq heroin aşkarladı

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində gömrükçülər daha bir uğurlu əməliyyat həyata keçirib. Nəticədə 244 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olan məlumat əsasında Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda keçirilən əməliyyat tədbiri nəticəsində Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ukraynaya "təzə qarpız" yükü aparan iki ədəd "DAF" markalı yük avtomobili saxlanılıb və gömrük yoxlaması tətbiq edilib.