CƏMİYYƏT


Açıq havada maskadan istifadənin ləğvi qərarına sakinlərin münasibəti

Bu gündən açıq havada ictimai yerlərdə tibbi maskadan istifadə edilməsi məcburi olmayacaq.
AZƏRTAC xəbər verir ki, Nazirlər Kabinetinin xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə Qərarına əsasən, mayın 31-dən ölkə ərazisində açıq havada maska taxılması tələbi ləğv olunub. Sakinlər bu qərarı çox xoş qarşılayıblar və fikirlərini bizimlə bölüşüblər.