CƏMİYYƏT


Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib

Daxili İşlər Nazirliyi “Formula-1" Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq Bakının mərkəzində hərəkətin məhdudlaşdırılması ilə bağlı vətəndaşlara müraciət edib.
Məlumatda bildirilir ki, “Formula-1" Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq “Bakı şəhər halqası”nın keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkəti 31 may, gecə saat 01:00-dan etibarən 8 iyun, səhər saat 06:00-dək məhdudlaşdırılıb.
Məhdudiyyətin tətbiq olunduğu müddət ərzində paytaxt ərazisində sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmalarının, həmçinin, nəqliyyatın fasiləsiz hərəkətinin təmin edilməsi məqsədi ilə yol polisləri gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.