DÜNYA


İranın poladəritmə zavodunda yanğın baş verib

İranın Kirman vilayətindəki Zərənd poladəritmə zavodunda güclü yanğın baş verib.
AZƏRTAC Zərənd şəhərinin meri Əli Sadıqzadənin verdiyi xəbərə istinadla bildirir ki, bu gün səhər saatlarında zavodun kürəsində temperaturun yüksəlməsi püskürməyə səbəb olub və ərimiş polad ətrafa dağılıb. Yanğın zavodun daxilindəki sexdə başlayıb və tez-bir zamanda yayılıb.
Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım maşınları gəlib. Yanğını söndürülüb, 1 nəfə isə yaralanıb.