CƏMİYYƏT


Bakıda maşın satmaq adı ilə 11 nəfərə qarşı dələduzluq edən şəxs saxlanılıb

Bakı şəhərində vətəndaşların etibarından sui-istifadə edərək onları aldadan və pullarını ələ keçirən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt sakini əvvəllər Cinayət Məcəlləsinin 178-ci, yəni, dələduzluq maddəsi ilə məhkum olunan Əhməd Cəfərov tutulub. Araşdırma zamanı onun Binəqədi rayonunda 5, paytaxtın digər rayonlarında isə 6 nəfəri dələduzluq edərək aldadıb pullarını ələ keçirdiyi məlum olub.