CƏMİYYƏT


Hərbi cinayətlərdə ittiham olunan erməni hərbçilərlə bağlı məhkəmə prosesi davam etdirilir

Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviç ilə bağlı cinayət işi məhkəmə prosesi iyunun 9-da Yasamal Rayon Məhkəməsində davam etdirilir.
AZƏRTAC xəbər verir ki, proses Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilir.