CƏMİYYƏT


Ağ gilasa tələbat daha çoxdur -İmişlinin gilas bağlarından reportaj

İmişlidə “Krım” adı ilə tanınan gilas növünün yığımına başlanılıb. Ağaclarda bol məhsul var, qiymətlər də münasibdir.
Şahverdili kənd sakini Nazim Həsənov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, təsərrüfatı 20 sot sahədən ibarətdir və bağda 150 ədəd gilas ağacı var. Bu il bol məhsulun yetişdiyini söyləyən bağban, qiymətlərin ucuz olduğunu da deyir.