CƏMİYYƏT


Sumqayıtda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirildi

Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində şəhər ərazisində silsilə əməliyyatlar həyata keçirilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Nəticədə külli miqdarda, yəni, 2 kiloqram 400 qrama yaxın yüksək təsiredici xassayə malik narkotik vasitələr və 149 ədəd psixotrop tərkibli dərmanlar qanunsuz dövriyyədən çıxarılıb.