CƏMİYYƏT


Xızıda otlaq sahəsində çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Upa kəndi ərazisində yerləşən otlaq sahəsində narkotik tərkibli bitkilər yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla həmin şəxsin Giləzi qəsəbə sakini Aydın Səfərov olduğu müəyyən edilib.