CƏMİYYƏT


Nabranda 40 hektar biçilməmiş taxıl sahəsi və 9 hektar meşəlik ərazi yanıb

Xaçmaz rayonunun Nabran qəsəbəsi yaxınlığında biçilməmiş taxıl sahəsindən başlayıb meşəlik əraziyə keçən yanğın məhdudlaşdırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyunun 17-dən başlayan yanğın nəticəsində 40 hektar biçilməmiş taxıl sahəsi və 9 hektar meşəlik ərazi yanıb.
İlkin olaraq Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub.