CƏMİYYƏT


Şabranda restoran yanıb

İyunun 21-i günorta saatlarında Şabran rayonunda restoranda yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, güclü külək səbəbindən yanğın qısa müddətdə restoranı tam əhatə edib.
Bakı-Quba yolunun kənarında yerləşən “Qala” restoranında başlayan yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və yanğınsöndürən maşınları cəlb olunub.
Yanğın söndürülüb və yaxınlıqdakı digər obyektlərə keçməsinin qarşısı alınıb.