CƏMİYYƏT


Qazi və şəhid ailələrindən olan 6400-dən çox şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi media nümayəndələrinin qazi və şəhid ailələri üçün yaradılan kiçik təsərrüfatlarla tanışlıq məqsədilə mediatur təşkil edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz və Quba rayonlarına təşkil edilən mediatur zamanı jurnalistlərə 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, qazilərimizin sosial dəstəklə təminatı tədbirləri barədə məlumat verilib.