CƏMİYYƏT


Yük maşınlarından 11 ədəd akkumlyator oğurlayan dəstə üzvləri saxlanılıblar

Qaradağ rayonu Qobustan qəsəbəsində iyun ayının 20-dən 23-dək olan müddətdə 11 vətəndaşa məxsus yük avtomobilinin akkumlyatorları oğurlanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, zərərçəkən sürücülər ərazi üzrə Qaradağ Rayon Polis İdarəsi və 11-ci Polis Bölməsinə məlumat verən kimi hadisələri törədən şəxslərin axtarışlarına başlanılıb.
Qaradağ RPİ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluqları etməkdə şübhəli bilinən paytaxt sakini İlkin Əzizov, Abşeron rayon sakini əvvəllər məhkum olunmuş Sərxan Abbasov və Siyəzən rayon sakini əvvəllər məhkum olunmuş Şəhriyar Yusifov saxlanılıblar.