CƏMİYYƏT


Tovuzun Vahidli kəndində arxeoloji qazıntılar zamanı orta əsrlərə aid yaşayış evi aşkar edilib

Mədəniyyət Nazirliyi və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnsitutu ölkədə arxeoloji abidələrin mühafizəsi üçün qeydiyyatı və onların gələcək tədqiqatları ilə bağlı yeni layihə hazırlayır. Bu qəbildən Tovuzda da arxeoloji abidələrin yenidən tədqiqinə başlanılıb. Arxeloji qazıntı işləri zamanı rayonun Vahidli kəndi ərazisində orta əsrlər mədəniyyətinə aid ev qalıqları aşkarlanıb. İlkin tədiqatlara görə islam mədəniyyətinə aid olan tikililər ticarət yolunun üzərində inşa edilib. Hazırda ərazidə arxeoloji qazıntı işləri davam edir.
AZƏRTAC xəbər verir ki, AMEA-nın Arxeologiya və Entoqrafiya İnsitutunun Ekspedisiya Qrupu Vahidli kəndində “Qaladüzü” adlanan ərazidə arxeoloji qazıntı işlərini davam etdirir. Burada XV əsrə aid olan Sultan Körpüsünün olması onu deməyə əsas verir ki, aşkar edilən orta əsrlərə aid evlər ticarət yolunun üzərində inşa edilib.