CƏMİYYƏT
Ağdaşda baş verən yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanlb
29.06.2021 [10:54]
Ağdaşda faciə ilə nəticələnən ağır yol qəzası baş verib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə iyunun 29-da səhər saat 5:30 radələrində rayonun Ləki qəsəbəsi ərazisində qeydə alınıb. İlkin məlumata görə, hərəkədə olan “Mercedes” markalı minik avtomobili Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Ramiz İbrahim oğlu Salmanovun idarə etdiyi MAN markalı yük maşınına çırpılıb. Qəza nəticəsində “Mercedes”də olan 2 nəfər həlak olub, 1 nəfər yaralanıb.Hadisə yerinə təcili tibbi yardım maşını və yol polisi cəlb edilib. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Hadisə ilə bağlı araşdırma aparılır.
18.05.2024 [21:17]
18.05.2024 [21:11]
18.05.2024 [21:04]
18.05.2024 [18:43]
17.05.2024 [18:46]
18.05.2024 [12:03]
14.05.2024 [17:26]
16.05.2024 [13:44]
10.05.2024 [13:06]
10.05.2024 [11:54]
10.05.2024 [12:10]
10.05.2024 [11:33]