CƏMİYYƏT


Son günlər 19 nəfəri gün vurub

Son günlər ölkə ərazisində müşahidə olunan isti hava şəraiti ilə bağlı günvurmaların sayı artıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, iyunun 22-dən 29-dək günvurma şikayətləri ilə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ümumi 19 müraciət daxil olub. Onlardan 7 nəfəri uşaq, qalanı isə böyüklər olub. 5 uşağa yerində yardım olunub, 2 uşaq isə xəstəxanaya yerləşdirilib. Böyüklərdən 7-si yerində müayinə olunub, 5 nəfər isə xəstəxanaya yerləşdirilib.