CƏMİYYƏT


“YAŞAT” Fondu qazilərin və şəhid ailələrinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işləri davam etdirir

“YAŞAT” Fondu Vətən müharibəsi qazilərinin və şəhid ailələrinin məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə işləri davam etdirir.
AZƏRTAC xəbər verir ki, fond tərəfindən maliyyə dəstəyi göstərilən növbəti ailələr Vətən müharibəsində şəhid olan Samir Abbasov və Vüsal Güləliyevin ailələridir.
Laçın uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Samirin atası Adəm Abbasov da Vətən müharibəsi iştirakçısıdır. Talışkənd və Suqovuşan istiqamətlərində döyüşən Adəm Abbasov şəhid ailəsinə göstərilən dövlət qayğısından məmnunluğunu ifadə edib.