CƏMİYYƏT


Vətən müharibəsində yaralanan 82 qazi yüksək texnologiyalı 83 protezlə təmin olunub

Postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial dəstək tədbirləri çərçivəsində 929 müharibə əlilinə 6200-dək reabilitasiya vasitəsi verilib.
Vətən müharibəsində yaralanaraq aşağı ətrafları amputasiya olunmuş qazilərdən 82 hərbçi yüksək texnologiyalı 83 protezlə təmin olunub. Yuxarı ətrafı amputasiya olunmuş qazilərimizin də yüksək texnologiyalı protezlərlə təminatı üçün işlərə başlanılıb.
Bu ilin martından əlilliyi olan şəxslər mühərrikli təkərli oturacaqla təmin olunur. Əlilliyi olan şəxslərə 500-ə yaxın mühərrikli təkərli oturacaq verilib ki, onlardan bir hissəsi də müharibə iştirakçılarıdır.