CƏMİYYƏT


Şəhid Bəhram Pənahovun ailəsinə son sözləri: Başınızı hər zaman uca tutun, biz haqq yolunda döyüşə yollanırıq

Vətən müharibəsində könüllü olaraq döyüşlərə qatılan şəhid Bəhram Pənahovun doğum günü qeyd edilib. Ailəli və 3 övladı olmasına baxmayaraq, o, Vətən sevdasını hər şeydən əziz tutdu. Şəhidlik zirvəsini ən uca məqam sayan Bəhram döyüşlərin sonuncu gününədək düşmənə ağır zərbələr vurdu və qəhrəmancasına şəhadətə ucaldı.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Pənahov Bəhram Xıdır oğlu 1987-ci il iyunun 2-də Sabirabad rayonunun Nizamikənd kəndində dünyaya gəlib. O, hələ azyaşlı vaxtlarından vətənpərvərliyi ilə yoldaşlarına örnək olub.