CƏMİYYƏT


Azərbaycan Polisi Günü qeyd edilib

Azərbaycan Polisinin yaranmasının 103-cü ildönümü münasibətilə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov başda olmaqla Nazirliyin rəhbər heyəti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin abidə kompleksi önünə tər çiçək dəstələri düzüblər. Həmçinin görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad olunub.
Sonra respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər xiyabanı ziyarət olunub.
İyulun 2-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan Polisi Gününə və 2020-2021-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. Respublikanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tədbirdə iştirak edib.