CƏMİYYƏT


Vətən müharibəsində xüsusi xidmətləri olmuş FHN əməkdaşları mükafatlandırılıb

Ağdam rayon Quzanlı qəsəbəsində Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində xüsusi xidmətləri olmuş Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mükafatlandırma mərasimində dövlət rəsmiləri, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin və Ağdam Rayon İcra Hakimiyyətinin rəhbərləri, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti, ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi ziyarət olunub, önünə əklil və gül dəstələri düzülüb.