CƏMİYYƏT


“Ad gününün izdihamla keçirilməsini istəyən Süleyman sanki bunu qabaqcadan görmüşdü” – şəhidin həyat yoldaşı

Bu gün Vətən müharibəsinin qəhrəmanlarından olan Süleyman Qarayevin doğum günüdür. Şəhidimizin 26 yaşı onun məzarı yanında qeyd olunub. Qəhrəmanın ad gününə ailə üzvləri, şəhid ailələri, rayon ictimaiyyəti də qatılıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qarayev Süleyman Əlbaxış oğlu 1995-ci il iyul ayının 3-də Sabirabad rayonunda dünyaya göz açıb.