CƏMİYYƏT


Vətən müharibəsi şəhidi Tural Qubatovun doğum günü qeyd edilib

İyulun 4-ü Vətən müharibəsinin qəhrəmanlarından olan şəhid Tural Qubatovun doğum günüdür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin 23 yaşı ailə üzvləri tərəfindən həm hüznlə, həm də qürur hissi ilə qeyd edilib.
1998-ci il iyunun 4-də Füzuli rayonun Böyük Bəhmənli kəndində döyüşçü ailəsində dünyaya gələn Tural uşaq yaşlarından hərbçi olmağı arzulayırdı. Atasının yolunu davam etdirmək arzusu ilə yaşayan Tural həqiqi hərbi xidməti başa vurduqdan sonra ordu sıralarında qalmağı qərara aldı.