CƏMİYYƏT


Tovuzda kənd sakininin evi yanıb

Tovuz rayonunun Əlimərdanlı kənd sakini İlham Bayramova məxsus 3 otaqlı fərdi yaşayış evində yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə yerinə 2 yanğınsöndürən maşın və təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.