CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyi vulkanın püskürdüyü yerdən görüntülər yayıb

Məlumat verildiyi kimi, ötən gün axşam saatlarında sosial şəbəkə və saytlarda Xəzər dənizində yanğının əks olunduğu videolar yayılıb və bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən dərhal müvafiq araşdırma işlərinə başlanılıb.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ilkin araşdırma zamanı dənizdə neft-qaz hasilatı, digər sənaye və nəqliyyat infrastrukturlarına aid obyektlərdə hər hansı fövqəladə hadisənin baş vermədiyi müəyyən olunub.